Filippində "Trami" tropik qasırğası nəticəsində ölənlərin sayı 81 nəfərə çatıb.

"Sizinxeber.az" TASS-a istinadən xəbər verir ki, bu barədə “GMA News” telekanalı məlumat yayıb.

Təbii fəlakət nəticəsində 34 nəfər itkin düşüb, 66 nəfər xəsarət alıb. Daşqınlar səbəbindən bölgənin on minlərlə sakini təxliyə edilib.