İranın Əlborz əyalətində saxta spirtli içki hazırlamaqda təqsirli bilinən dörd nəfər barəsində çıxarılmış edam hökmü icra olunub.

“Sizinxeber.az” xəbər verir ki, məlumatı “Tasnim” agentliyi yayıb.

Bildirilib ki, hökm oktyabrın 23-də səhər saatlarında Kərəc şəhərinin mərkəzi həbsxanasında icra edilib.

Məlumata görə, onların hazırladıqları saxta spirtli içki nəticəsində 17 nəfər ölüb, 191 nəfər müxtəlif dərəcəli zərər görüb.