Nigeriyanın şimalında yanacaq tankerinin partlaması nəticəsində ölənlərin sayı 153-ə çatıb.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə polis CNN-ə bildirib.

Məlumata görə, hadisə nəticəsində 100 nəfər yaralanıb.

Qeyd edək ki, partlayış qəzadan sonra sakinlər yanacaq götürməyə çalışarkən baş verib.

Hadisə oktyabrın 16-da olub.