Türkiyə təhlükəsizlik və sabitlik istəyirsə, müdafiə sənayesi imkanlarını gücləndirməlidir.

“Sizinxeber.az” xəbər verir ki, bunu Türkiyənin sənaye və texnologiyalar naziri Mehmet Fatih Kacır Adanada “TEKNOFEST 2024” ilə bağlı jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, regionda çox ciddi hadisələr baş verir: “Belə bir vəziyyətdə müdafiə sənayesi potensialını gücləndirmək seçim yox, zərurətdir”.

Nazir qeyd edib ki, Türkiyə böyük dövlətdir: "Biz dostumuza güvən, düşmənimizə narahatlıq veririk".