"Azərbaycan Dəmir Yolları" (ADY) QSC qış mövsümünə keçidlə əlaqədar Bakı-Qəbələ-Bakı marşrutu üzrə hərəkət edən qatarların dövriyyəsinə dəyişiklik edib.
"Report" bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Oktyabrın 5-dən başlayaraq qatarlar hər şənbə günü Bakıdan-Qəbələyə, hər bazar günü isə Qəbələdən Bakıya yola düşəcək.
Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytdan (), “ADY Mobile” () tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə etmək mümkündür.