Şirvan rayonunda baş verən yol qəzasında xəsarət alanlar var.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə şəhərin Hacıqəhrəmanlı qəsəbəsində qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində qəsəbə sakinləri 2007-ci il təvəllüdlü Müslümov Həsən Afət oğlu, 2008-ci il təvəllüdlü Nəsirova Fatimə Eynulla qızı və hələlik şəxsiyyəti məlum olmayan daha iki nəfər müxtəlif dərəcəli xəsarətlər alıblar.

Xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.