Azərbaycan Mərkəzi Bankı (AMB) "yaşıl maliyyə" alətlərindən istifadə ilə bağlı banklarla koordinasiyalı işləri davam etdirir.

Bunu "Sizinxeber.az"a açıqlamasında AMB-nin baş direktoru Şahin Mahmudzadə bildirib.

"Bununla bağlı işçi qrupları var. Bu proses yavaş-yavaş getməlidir. Həm tutumla bağlı proses, həm də sistemlərin yenilənməsi zaman alacaq. Bu məsələ bir gündə ola bilməz", - deyə o qeyd edib.