Bakının Nərimanov rayonunda 16 mərtəbəli binada baş verən yanğın söndürülüb.

APA xəbər verir ki, hadisə nəticəsində xəsarət alan olmayıb.


***
23:12


Bakının Nərimanov rayonunda binada yanğın olub.

APA xəbər verir ki, yanğın Həsənoğlu küçəsində yerləşən onaltı mərtəbəli binanın qarajında baş verib.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin texnika və qüvvələri əraziyə cəlb olunub.

Yanğınla əlaqədar bina sakinləri təxliyə edilib.

Məlumata görə, qarajda "Mercedes" markalı minik avtomobili yanıb. Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır.