Avropa Komissiyasında (AK) müdafiə və kosmos üzrə Avropa komissarı vəzifəsi təsis edilə bilər.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu təkliflə Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen çıxış edib.

O, bu vəzifəyə Litva nümayəndəsi Andrius Kubiliusun namizədliyini irəli sürüb.