Rusiyanın Çelyabinsk şəhərində orta məktəbdə uşaq çəkiclə sinif yoldaşlarına və müəllimlərinə hücum edib.

Sizinxeber.az-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Çelyabinsk vilayəti qubernatoru Aleksey Teksler bildirib.

Onun sözlərinə görə, şagirdlər və müəllimlər arasında yaralananlar var. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

Hüquq-mühafizə orqanları, şəhər meri və Uşaq Hüquqları üzrə Ombudsman hadisə yerindədir.

Faktla bağlı araşdırma aparılır.