Düşünürəm ki, bizim qələbə üçün mübarizə aparmaq şansımız olacaq.

"Sizinxeber.az"un məlumatına görə, bunu "McLaren" pilotu Oskar Piastri Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisi ilə bağlı danışarkən deyib.

Sıralama turunda ikinci olan sürücü uzun məsafələrdə yaxşı templərinin olduğunu söyləyib: "Amma qalibiyyət əldə etmək asan olmayacaq".

O, sıralama turunun son dövrəsində sürəti artırdığını diqqətə çatdırıb: "Divarlara daha da yaxınlaşmağa çalışdım. Bu trek belə yanaşmanı mükafatlandırır. İtirəcək heç nəyim yox idi".

Qeyd edək ki, Azərbaycan Qran-prisində əsas yarış sentyabrın 15-də baş tutacaq.