Oktyabrda lisenziyalaşdırma qaydaları ilə bağlı iclas keçiriləcək.

"Sizinxeber.az" xəbər verir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev İcraiyyə Komitəsinin bugünkü iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

Qurum rəsmisi tədbirdə yeni qaydaların təsdiqləndiyini bildirib:

"İlk növbədə lisenziyalaşdırma ilə bağlı müəyyən qaydalar təsdiq olundu. Həmin qaydalar yaxın günlərdə klublara göndəriləcək. Həmçinin oktyabrda lisenziyalaşdırma mövsümünün açılış tədbiri keçiriləcək. Həmin iclasda sözügedən qaydalarla bağlı ətraflı məlumat veriləcək".