Ermənistanın keçmiş ədliyyə naziri, qərbyönümlü “Respublika” partiyasının qurucularından biri Artak Zeynalyanın rəhbərlik etdiyi təşəbbüs qrupu Ermənistanın Avropa İttifaqına daxil olması məsələsi ilə bağlı sentyabrın 16-dan imza toplamağa başlayacaq.

“Report” xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.