Türkiyənin xarici işlər naziri Hakan Fidan, daxili işlər naziri Ali Yerlikaya və Milli Kəşfiyyat İdarəsinin (MİT) rəhbəri İbrahim Kalın sentyabrın 12-də Özbəkistana rəsmi səfər edəcəklər.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən bildirilib.

Səfər çərçivəsində ikitərəfli və regional məsələlər müzakirə olunacaq.

Həmçinin, təhlükəsizlik məsələləri barədə danışılacaq.