NATO-nun yeni Baş katibi Mark Rütte oktyabrın 1-dən vəzifəsinin icrasına başlayacaq.

Sizinxeber.az-nın xəbərinə görə, bu barədə NATO-nun saytında məlumat verilib.

Bildirilib ki, həmin tarixdə təşkil olunacaq xüsusi mərasimdə Mark Rütte Baş katib vəzifəsini Yens Stoltenberqdən təhvil alacaq.