Türkiyə-Azərbaycan-Gürcüstan üçtərəfli müdafiə nazirlərinin görüşü üçün Gürcüstanda səfərdə olan milli müdafiə naziri Yaşar Gülər Azərbaycanın müdafiə naziri general Zakir Həsənovla da görüşüb.

APA xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin "X" hesabında paylaşım edilib.