İndoneziya sahilində 5,4 maqnitudalı zəlzələ olub.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Avropa – Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.

Mərkəzin verilənlərinə əsasən, yeraltı təkanların episentri əhalisi təqribən 680 min olan Heneral-Santos şəhərindən 262 km cənub-şərqdə yerləşib. Təbiət hadisəsinin ocağı 72 km dərinlikdə olub.

Tələfat və dağıntı barədə məlumat verilməyib. Regionda sunami təhlükəsi elan olunmayıb.