Rusiya Qərblə ünsiyyət qapısını bağlamır.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

"Biz Qərblə ünsiyyət qapısını bağlamırıq. Bunun üçün BMT var. Amma BMT-dən daimi ittihamlar və yalan bəyanatlar üçün istifadə edilməməlidir. Biz maraqlar balansını axtarmalıyıq", - deyə Rusiya XİN başçısı vurğulayıb.