Azərbaycan təmsilçisi İlham Zəkiyev (J1 kateqoriyası) Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında məğlub olub.

"Report"un məlumatına görə, təcrübəli idmançı 1/4 final mərhələsində Fransadan olan Ceyson Qrandra ilə üz-üzə gəlib.

Rəqibini uduzan Zəkiyev təsəlliverici görüşə qatılacaq.

Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.