"Neftçi"nin qadınlardan ibarət komandası bu gün UEFA Çempionlar Liqasının I mərhələsində növbəti oyununa çıxacaq.

"Sizinxeber.az"un məlumatına görə, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv Gürcüstanın “Lançxuti” klubu ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

Qeyd edək ki, "ağ-qaralar" ilk matçında Avstriya təmsilçisi “Sankt-Pölten”ə uduzub - 0:5.