Bu gün Şuşa şəhərində son 32 ildə ilk dəfə toy keçirilir.

APA-nın Qarabağ bürosu xəbər verir ki, 44 günlük Vətən müharibəsinin veteranı Elmir Məmmədlinin İsa bulağında toy mərasimi başlayıb.

Toy “İsa bulağı” istirahət kompleksində təşkil olunub.