Şimali Koreya Cənubi Koreyanın hava məkanına növbəti 420 zibil balonunu göndərib.

APA xəbər verir ki, bu haqda məlumatı Yonhap xəbər agentliyi yayıb.

Zibil dolu balonların sentyabrın 4-ü axşam saatlarında havaya buraxıldığı bildirilir.

Bu dəfə balonların içi tullantı kağız və plastiklə doldurulub. 30-a yaxın balonun paytaxt Seul və şimal-qərbdəki Gyeonggi əyalətinə düşdüyü bildirilir.

2024-cü ilin may ayından bu yana Şimali Koreya Cənubi Koreyaya 3800-dən çox zibil balonu buraxıb.