Türkiyə Milli İstihbarat Təşkilatı (MİT) Suriyanın Kamışlı bölgəsində yeni əməliyyat keçirib.

"Report" xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Bildirilib ki, keçirilən əməliyyat nəticəsində PKK/YPG terror təşkilatının rəhbərlərindən biri olan Metin Dinç öldürülüb.