Məşhur çexiyalı tennisçi Karolina Plişkova ayağından əməliyyat olunub.

"Sizinxeber.az" xəbər verir ki, 32 yaşlı idmançı bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Dünyanın keçmiş "1 nömrə"si ABŞ Açıq çempionatının 1/32 finalında italiyalı Jasmin Paolini ilə qarşılaşmada zədələnib. O, yarışı davam etdirə bilməyib.

Qeyd edək ki, K.Plişkova hazırda reytinqdə 44-cü pillədə qərarlaşıb.