Türkiyə Silahlı Qüvvələri İraqın şimalında yeni əməliyyat keçirib.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, İraqın şimalındakı Hakurk və "Pəncə-kilid" əməliyyat bölgələrində 6 PKK terrorçusu öldürülüb.

Nazirlikdən vurğulanıb ki, terrorçulara qarşı mübarizə davam edəcək.