Çin və Cənubi Afrika Respublikası (CAR) BRİCS çərçivəsində qarşılıqlı əlaqələri gücləndirməyi və iqtisadi inkişaf məsələlərini beynəlxalq əməkdaşlıq gündəminin əsas mövzusuna çevirməyi planlaşdırır.

APA xəbər verir ki, bu barədə Çin lideri Si Cinpin və CAR Prezidenti Siril Ramafosa arasında Pekində keçirilən danışıqların yekunları üzrə iki ölkənin birgə bəyanatında deyilir.

Sənəddə deyilir ki, Çin CAR-ın BRİCS üzvlüyünün təşkilstın “tarixi genişlənməsində” fəal rolunu yüksək qiymətləndirir.