Futbol üzrə dünya çempionatında tətbiq edilən Video Köməkçi Hakim (VAR) qaydalarından Azərbaycan Premyer Liqasında da istifadə olunacaq.

Sizinxeber.Az Report-a istinadla xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasınım texniki-idman direktoru Elgiz Abbasov jurnalistlərə açıqlamasında bildirib.

O, ikinci sarı vərəqə və küncdən zərbə zamanı mübahisəli epizodlarda VAR-a müraciət oluna biləcəyini söyləyib.

Xatırladaq ki, Premyer Liqada yeni mövsüm avqustun 14-də başlayacaq.