Rəssamlıq Akademiyası SABAH qrupları tələbələrinin hazırladıqları geyimlərdən ibarət dəfilə SABAH İncəsənət Festivalı çərçivəsində nümayiş etdirilib.
"Report" xəbər verir ki, dəfilədə tələbələrin moda dizaynı sahəsində hazırladıqları yaradıcı işlər təqdim olunub.
Nümayiş zamanı gənc dizaynerlərin fərdi yanaşması, müxtəlif materiallardan istifadə bacarığı, forma və rəng həllərində tətbiq etdikləri müasir üslub diqqət çəkib.