Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionununda işçinin meyiti tapılıb.

BAKU.WS-in məlumatına görə, hadisə bu gün səhər saatlarında qeydə alınıb.

Stadionda Cəmil Allahverdi oğlu Hətəmxanovun meyiti aşkarlanıb.

Məsələ ilə əlaqədar "Sumqayıt" Futbol Klubunun mətbuat katibi Zaur Xudiyev BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, həmin şəxsin klubla heç bir əlaqəsi yoxdur və o, stadionda fəaliyyət göstərən cüdo zalının əməkdaşı olub.