İran Prezidenti Məsud Pezeşkian ilə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) arasında heç bir ixtilaf yoxdur.

Axar.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Prezident Administrasiyasının rəhbəri Möhsün Hacı Mirzayi məlumat verib.

O vurğulayıb ki, komandanların və prezidentin iştirak etdiyi görüşlərdə bütün qərarlar yekdilliklə qəbul edilib.