İranda MOSSAD-la əlaqəli daha 2 nəfər edam edilib.

Sizinxeber.Az xəbər verir ki, bu barədə məlumatı İran mediası yayıb.

Edam olunan şəxslərin ötən ilin iyun ayında İran və İsrail arasında baş vermiş qarşıdurma zamanı MOSSAD-la əməkdaşlıq etdikləri bildirilib.

Onlar ölkəyə aid həssas məlumatları MOSSAD əməkdaşlarına ötürməkdə ittiham olunublar.