Ukrayna Prezidenti Vladimir Zelenski ilə Kreml rəhbəri Vladimir Putin arasında birbaşa danışıqlar olmayacaq.

Axar.az xəbər verir ki, bu fikri amerikalı jurnalist və tarixçi Devid Satter bildirib.

“Düşünmürəm ki, bu, Zelenski ilə Putin arasında birbaşa danışıqlar formatında olacaq. Çünki belə danışıqların məqsədi Putinin hakimiyyətdəki mövqeyini maksimum dərəcədə qorumaq olardı”, – deyə tarixçi bildirib.

Eyni zamanda o, bəzi razılaşmaların əldə oluna biləcəyini istisna etmir. Satter qeyd edib ki, xüsusilə Rusiya səfərbərliyi başa çatdırarsa, belə ehtimal daha yüksək ola bilər.