Moskvaya yaxınlaşan dörd pilotsuz uçuş aparatı Hava Hücumundan Müdafiə (HHM) qüvvələri tərəfindən vurulub.
Axar.az xəbər verir ki, bu barədə şəhərin meri Sergey Sobyanin sosial şəbəkələrdə məlumat yayıb.
"Müdafiə Nazirliyinin HHM qüvvələri tərəfindən Moskvaya doğru uçan iki PUA məhv edilib. Qalıqların düşmə yerində fövqəladə xidmət mütəxəssisləri işləyir", - o qeyd edib.