Donald Trampın İrana qarşı səsləndirdiyi hədələr fonunda ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) strateji əhəmiyyət daşıyan "B-52" bombardmançısının videogörüntüsünü yayıb.

Oxu.Az xəbər verir ki, bu nəhəng təyyarə təkcə adi silahlar deyil, həm də nüvə başlıqları daşımaq potensialına malikdir.

"Əgər "B-52" işə qarışırsa, bu, heç vaxt bərabərsəviyyəli döyüş olmur", - CENTCOM-un "X"dəki paylaşımında yazılıb.