İran İsrail haqqında real vaxt rejimində məlumatları toplamaq üçün İsraildəki şəxsi müşahidə kameralarına qoşulmağa başlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

"Biz bilirik ki, son iki-üç gündə iranlılar nə baş verdiyini və raketlərinin hara düşdüyünü anlamaq, zərbələrinin dəqiqliyini artırmaq üçün müşahidə kameralara qoşulmağa çalışırlar", - İsrailin Milli Kiberidarəetmə Qurumunun keçmiş baş direktorunun müavini Rafael Franko bildirib.