Bakıda milli-mənəvi dəyərlərə yönəlmiş ideoloji hücumlar mövzusunda ictimai müzakirə keçirilib - FOTO
Bakıda "Vətəndaş cəmiyyəti milli-mənəvi dəyərlərə yönəlmiş ideoloji hücumlara qarşı" mövzusunda ictimai müzakirə keçirilib.
Sizinxeber.az-nın məlumatına görə, tədbirdə Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli tədbirin mahiyyəti barədə məlumat verib.
O, Prezident İlham Əliyevin həm VII çağırış Milli Məclisin ilk iclasında, həm də Xankəndidə yerləşən Qarabağ Universitetinin açılışındakı çıxışlarına toxunub.
QHT sədri deyib ki, Azərbaycanda qurulan siyasət hər hansı kənar ideoloji təbliğatı dəf etməyə qadirdir:
"İdeoloji təbliğatın məqsədləri heç vaxt dəyişməyib. Bu fəaliyyətlə məşğul olanların məqsədi öz ideologiyasını müxtəlif ölkələrdə yaymaqla, kosmopolit cəmiyyət yetişdirməkdən ibarətdir. Azərbaycan hər dəfə mötəbər tədbirlərə ev sahibliyi edəndə ölkəmizə qarşı ideoloji hücumlar daha da intensivləşir. Azərbaycana teleskopla baxanlar Ermənistanda aşkar şəkildə baş verən qanunsuzluqları görmür. Azərbaycandakı vətəndaş cəmiyyəti dəfələrlə Ermənistandakı təhlükəli ideoloji təbliğatı əks etdirən hesabatlar hazırlayıb, amma bu sənədlərə beynəlxalq təşkilatlarda əhəmiyyət verilməyib. Bu gün təəssüf ki, Azərbaycanda LGBT və saxta pasifizm kimi dəyərlər təbliğ olunur. Vətəndaş cəmiyyəti daim bu cür yanlış, milli mənəvi dəyərlərimizə zidd təbliğatların əleyhinə olub. Cənab Prezidentin milli-mənəvi dəyərlərin təbliği istiqamətində qarşıya qoyduğu vəzifələr strateji xarakter daşıyır".
Hüquq müdafiəçisi Novella Cəfəroğlu isə istənilən ölkədə cəmiyyətin inkişafında qeyri-hökumət təşkilatlarının rolundan danışıb.
Onun sözlərinə görə, bu gün cəmiyyət daxilində müxtəlif məsələlərə dair nifaq salınmasında sosial şəbəkələr mühüm rol oynayır.
Novella Cəfəroğlu onu da bildirib ki, sosial platformalardakı yanlış təbliğat cəmiyyətin parçalanmasına və milli-mənəvi dəyərlərdən uzaqlaşmasına gətirib çıxarır:
"Cəmiyyətdə vəhdəti təmin etmək təkcə dövlət strukturlarının deyil, həm də vətəndaş cəmiyyətinin üzərinə düşən əsas vəzifələrdəndir. Bu gün ali məktəblər Azərbaycanda tarixən formalaşmış adət-ənənələrin təbliği istiqamətində iş aparmalı, tələbələrə milli-mənəvi dəyərlərimiz doğru istiqamətdə aşılanmalıdır. Biz Qərbin və ya Avropanın deyil, öz milli adətlərimizin geniş təbliğatı ilə məşğul olmalıyıq. Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları bu məsələdə xüsusi iş aparmalıdır".
Tədbirdə, həmçinin milli-mənəvi dəyərlərin təbliği istiqamətində informasiya texnologiyaları və müxtəlif proqram təminatlarının hazırlanması, eləcə də müxtəlif müsabiqələrin keçirilməsi təklif olunub.
Oxşar xəbərlər
QHT sədri milli-mənəvi dəyərlərin tədqiqatı mərkəzinin yaradılmasını təklif edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zaur İbrahimli: Azərbaycana qarşı təzyiqlər xüsusilə mötəbər tədbirlər ərəfəsində artır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şuşada “İdeoloji mübarizədə din amili: mediadan gözləntilər” mövzusunda seminar keçirilir - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Novella Cəfəroğlu: Vətəndaş cəmiyyəti sosial şəbəkələrdə fəal olmalıdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanla Səudiyyə Ərəbistanı arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












