Bayılda güclü yanğın olub - YENİLƏNİB - VİDEO
sizinxeber.az xəbər saytı

Bayılda güclü yanğın olub - YENİLƏNİB - VİDEO




Bakıda açıq sahədə baş verən yanğın məhdudlaşdırılıb.

Bu barədə Sizinxeber.az-ə Fövqəladə Hallar Nazirliyinin məlumat verilib.

Bildirilib ki, Səbail rayonu, Elçin Əzizov küçəsi yaxınlığında açıq sahədə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən tam söndürülüb.

Yanğın nəticəsində 300 kv.m. sahədə qamışlıq yanıb. Ətraf ərazilər, o cümlədən yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub.

***17:44

Paytaxtın Səbail rayonunda açıq ərazidə güclü yanğın başlayıb.

Bu barədə məlumat Sizinxeber.az-in "qaynar xətti"nə daxil olub.

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Sizinxeber.az-in sorğusuna cavab olaraq bildirilib ki, yanğın ərazisində məişət tullantıları yığılmış sahədə qeydə alınıb. 

"Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu ərazisində məişət tullantıları yığılmış sahədə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub və məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir", - deyə məlumatda qeyd olunub.

Cavid Babayev
Sizinxeber.az
VİDEO

Oxşar xəbərlər

Bakıda açıq sahədə baş verən yanğın söndürülüb - YENİLƏNİB - 2 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda açıq sahədə baş verən yanğın məhdudlaşdırılıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda açıq sahə yanır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Səbaildə dənizə yaxın açıq ərazidə yanğın başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bayılda güclü YANĞIN - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər