Главная > Elm və təhsil > Tovuzda 71 nəfərin zəhərləndiyi məktəbdə yaranmış problem aradan qaldırılıb
Tovuzda 71 nəfərin zəhərləndiyi məktəbdə yaranmış problem aradan qaldırılıb21-12-2024, 01:00. Разместил: Rss Bot Report |
|
Tovuzda 71 nəfərin zəhərləndiyi məktəbdə yaranmış problem aradan qaldırılıb. "Sizinxeber.az"un Qərb bürosunun məlumatına görə, Tovuz rayonu Aşağı Quşçu kəndi 1 nömrəli tam orta ümumtəhsil məktəbində tədris prosesi bərpa olunub. Ötən gün sobalara baxış keçirilib, problem aradan qaldırılıb və istilik təmin olunub. Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri səlahiyyətlərini icra edən, müdir müavini Anar Məcidov təhsil müəssisəsində olub davamiyyət və tədris prosesi ilə maraqlanıb. "Hazırda təhsil sektorunun əməkdaşları da məktəbdədir. Vəziyyət nəzarətdə saxlanılır"-deyə Qazax-Tovuz Regional Təhsil İdarəsindən bildirilib. Qeyd edək ki, ötən gün adı çəkilən məktəbdə yanacaq sobasından yaranmış tüstü səbəbdən 71 nəfər zəhərlənib. Onların içərisində 6 nəfər müəllim və məktəb çalışanları, digərləri şagirdlər olub. Вернуться назад |