Главная > Elm və təhsil > Azərbaycanda 2024-2025-ci tədris ili üçün 1167 məhkum peşə təhsilinə cəlb olunub
Azərbaycanda 2024-2025-ci tədris ili üçün 1167 məhkum peşə təhsilinə cəlb olunub25-06-2025, 13:00. Разместил: Rss Bot Report |
|
Azərbaycanda 2024-2025-ci tədris ili üçün 1167 məhkum peşə təhsilinə cəlb olunub. "Report" xəbər verir ki, bu barədə Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planında qeyd olunub. Bildirilib ki, hazırda Elm və Təhsil Nazirliyinin tabeliyində 76 peşə təhsili müəssisəsi fəaliyyət göstərir: "Onlardan 8-i 15 cəzaçəkmə müəssisəsi üzrə təşkil edilib. Pedaqoji heyəti 88 nəfərdən ibarət olan həmin peşə təhsili müəssisələrində 2024-2025-ci tədris ili üçün 59 qrupda 20 ixtisas üzrə 1167 məhkum peşə təhsilinə cəlb olunub". Вернуться назад |