Naxçıvanda ingilis dili müəllimləri sertifikat imtahanından keçiblər
sizinxeber.az xəbər saytı

Naxçıvanda ingilis dili müəllimləri sertifikat imtahanından keçiblər


Ümumölkə üzrə ümumi təhsil müəssisələrində ingilis dili tədris edən müəllimlər üçün sertifikatlaşdırılması prosesinin test imtahanı keçirilib.

"Report"un yerli bürosu xəbər verir ki, Naxçıvanda da mərkəzləşmiş qaydada təşkil edilən sertifikatlaşdırılma prosesinin test imtahanı mərhələsində muxtar respublikanın ümumtəhsil məktəblərində ingilis dilini tədris edən 84 müəllim iştirak edib.

Test imtahanı mərhələsində 120 dəqiqə müddətində təhsilverənlərin tədris etdiyi fənn üzrə ümumtəhsil proqramlarına, tədris metodikasına və təlim strategiyalarına aid 60 sual təqdim edilib. Hər düzgün cavab 1 balla qiymətləndirilib.

Bu mərhələnin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilib və imtahan başa çatdıqdan dərhal sonra namizədə elan edilib.

Test imtahanında azı 30 bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə keçmək hüququ qazanıb.

Qeyd edək ki, muxtar respublikanın ümumitəhsil məktəblərindən sertifikatlaşdırma prosesində yüksək nəticə əldə ediblər. Belə ki imtahanda iştirak edən 84 müəllimdən 56-sı 51 bal və daha yüksək (66,6 faiz) nəticə göstərib.

İmtahanda Babək rayon Arazkənd ümumi orta məktəbinin müəllimi maksimum nəticə (60 bal) toplayıb.

Qeyd edək ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq bu il ilk dəfə muxtar respublikanın ümumtəhsil məktəblərində riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), rus dili və ədəbiyyatı, alman dili, fransız dili və s.) fənlərini tədris edən təhsilverənlər, eyni zamanda ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimləri iştirak edəcəklər.

Nazirlər Kabinetinin 18 avqust 2022-ci il tarixli qərarına əsasən, dövlət ümumi təhsil müəssisələrinin təhsilverənlərinə sertifikatlaşdırmanın nəticəsinə uyğun olaraq tədris edilən dərs saatına görə test imtahanı mərhələsində nəticə göstərənlərin vəzifə maaşlarına əlavələr ediləcək.

Oxşar xəbərlər

Naxçıvanda dövlət qulluğunda vəzifələrə aid qruplar üzrə test imtahanı keçirilib
Mərkəz: Təkrar sertifikasiya imtahanında səhv sual aşkarlanmayıb
Bağça müəllimlərinin işə qəbulu üzrə müsabiqənin test imtahanı keçirilir
İki mindən çox şəxs doktorantura və dissertantura üzrə imtahan verib - YENİLƏNİB
Psixoloji-tibbi-pedaqoji komissiyaların yeni tərkibinin formalaşdırılması ilə bağlı müsabiqəyə sənəd qəbulu aparılır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle