Əlverişsiz havaya görə bugünkü imtahanın vaxtı dəyişib
sizinxeber.az xəbər saytı

Əlverişsiz havaya görə bugünkü imtahanın vaxtı dəyişib


Bu gün səhər saatlarından etibarən Tofiq Bəhramov adına Respublika Stadionunda Bədən tərbiyəsi və idman istiqamətinə aid 62-ci komissiya üzrə xüsusi qabiliyyət imtahanı verməli olan abituriyentlərin imtahan vaxtı əlverişsiz hava şəraiti ilə əlaqədar iyunun 30-na keçirilib.

Bu barədə "Sizinxeber.az"a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, iştirakçıların “İmtahana buraxılış vərəqəsi” onların şəxsi səhifələrinə yerləşdirilib.

Abituriyentlər imtahana gələrkən yeni tarixə uyğun çap etdikləri “İmtahana buraxılış vərəqəsi”, şəxsiyyəti təsdiq edən sənədin əsli və 086U formalı sağlamlıq haqqında arayışı təqdim etməlidirlər.

Oxşar xəbərlər

DİM magistratura imtahanında iştirak edəcək bakalavrlara müraciət edib
Hakim vəzifəsinə qəbul üçün tеst imtаhаnı keçirilib - YENİLƏNİB
Doktorantura və dissertantura səviyyəsində danışıq bloku üzrə imtahan keçiriləcək
DSX-nin Xüsusi Məktəbinin V sinfinə şagird qəbulu elan edilib
Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər