

Füzuli sakinləri Novruzun gəlişini böyük coşqu ilə qarşılayıb - FOTO
Füzuli sakinləri Novruzun gəlişini öz yurdlarında böyük coşqu ilə qarşılayıb, Torpaq Çərşənbəsində bir araya gəliblər.
Sizinxeber.az-nın bölgə müxbiri xəbər verir ki, şəhər mərkəzində yerləşən parkda keçirilən bayram şənliyində Füzuli sakinləri ilə bərabər, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin rəsmiləri, şəhid ailələri qazilər, hüquq mühafizə orqanı əməkdaşları iştirak edib.
Öncə şəhidlərin xatirəsi sükutla anılıb, himn səsləndirilib Şəhər Mərkəzində sərgilənən yarmarkada Füzuli sakinlərinin hazırladıqları əl işləri və mətbəx nümunələri sərgilənib. Hər bir ailəyə ruzi bərəkət sevinc arzulanıb.
Bildirilib ki, Ali Baş komandan İlham Əliyevin rəhbərliyi altında parlaq qələbəyə nail olan ordumuzun sayəsində torpaqlarımız işğaldan azad edilib və Novruzun gəlişi azad olunan torpaqlarımızda ruh yüksəkliyi ilə qeyd olunur. Tədbir incəsənət ustalarının maraqlı konsert proqramı ilə davam edib. Bir-birindən şən mahnılar səsləndirilib. Musiqi sədaları altında Kurmanqazi Uşaq Yaradıcılıq Mərkəzinin rəqs ansamblı ilə birlikdə bayram iştirakçıları rəqsə qoşulub. Həmçinin İlaxır çərşənbə olan Torpaq çərşənbəsinin tonqalı alovlandırılıb ətrafında yallı rəqsi oynayıblar.
Oxşar xəbərlər
Füzulidə Zəfər Günü ilə bağlı konsert keçirilib - FOTO
Şuşada əl işləri sərgisi açılıb, Ağdam, Füzuli və Xocavənddə ağacəkmə aksiyası təşkil edilib - FOTO
Şuşada əl işləri sərgisi açılıb, Ağdam, Füzuli və Xocavənddə ağacəkmə aksiyası təşkil edilib
Füzuli şəhərində Anım Günü tədbiri keçirilib - FOTO
İlin sonuna qədər Ağdamın üç kəndinə köç baş tutacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“WUF13 QHT Koalisiyası”nın növbəti hibrid görüşü keçirilib
-
İran DİN başçısı: Şahid Rəcai limanında yanğın yenidən alovlanıb
-
Peskov: Tramp və Rusiyanın Ukrayna ilə bağlı mövqelərində bir çox elementlər üst-üstə düşür
-
Qəzza zolağında baş verən toqquşmalarda iki İsrail hərbçisi həlak olub
-
“Die Weltwoche”: Brüssel Avropa Komissiyasının toksik rəhbərinin istefasını istəyir
-
Premyer Liqa: "Qarabağ" bu gün çempionluğu rəsmiləşdirə bilər
