Pensiyalarda iki istiqamətdə artım olacaq, gələn ay pensiyalar artırılmış məbləğdə veriləcək
Cari ilin əvvəlindən reallaşdırılan yeni sosial islahat paketi çərçivəsində pensiyalarda da artımlar olacaq və artıq gələn ay bütün pensiyalar artırılmış məbləğdə veriləcək.
Sizinxeber.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən növbəti kollegiya iclasında bildirilib.
Bildirilib ki, həmin artımlar iki istiqamətdə olacaq. Yəni, həm pensiyaların ilin əvvəlindən hesablanmaqla indeksləşdirilərək artırılması, həm də fevralın 1-i tarixə 320 manatdan aşağı olan pensiyaların həmin gündən 320 manata çatdırılması təmin olunacaq.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin tapşırıqları əsasında həyata keçirilən sosial islahatlarda mühüm istiqamətlərdən birinin pensiya artımları olduğunu vurğulayıb. 2018-ci ildən ötən dövrdə artıq 5-ci sosial islahat paketinin icra edildiyi, bu islahatlar nəticəsində minimum pensiyada 3 dəfə, orta aylıq pensiyada 2,4 dəfə artım olduğu, pensiya ödənişləri üçün ayrılan illik vəsaitin 2 dəfə artaraq 2025-ci il üçün 7 mlrd. 210 mln. 530 min manata çatdığı qeyd edilib.
Oxşar xəbərlər
ƏƏSMN: Pensiyalar gələn ay artırılmış məbləğdə veriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Pensiya alanların nəzərinə! [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nazir pensiyalarda proqnozlaşdırılan artımları açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda növbəti sosial islahat paketi 3 milyon insanı əhatə edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sahil Babayev: Sosial islahat paketi pensiyaların indeksləşdirilməsi ilə birlikdə 3 milyon insanı əhatə edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Nazirdən pensiyalarla bağlı şad xəbər
-
ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müşaviri Şəhidlər xiyabanını ziyarət edib
-
Gələn il fəsillərin Azərbaycana daxilolma vaxtları açıqlanıb
-
Ruben Vardanyanın məhkəməsində ifadələr dinlənilib
-
Şəhid məzarlarından gitara, çəkmə və hərbi dəbilqə oğurladılar: Saxlanılan şəxslərin GÖRÜNTÜLƏRİ












