Gəncədə qanunsuz küçə ticarətinə qarşı tədbirlər görülür
sizinxeber.az xəbər saytı

Gəncədə qanunsuz küçə ticarətinə qarşı tədbirlər görülür


Gəncə şəhəri ərazisində qanunsuz küçə ticarəti ilə məşğul olanlara qarşı həyata keçirilən tədbirlər davam etdirilir.

Bu barədə Sizinxeber.az-ya Gəncə Şəhər İcra Hakimiyyətindən bildirilib.

Gəncə icra başçısının müvafiq sərəncamı ilə yaradılan “İşçi qrupları” tərəfindən pərakəndə ticarət hallarının geniş yayıldığı ərazilərdə reydlər keçirilir, aşkar edilmiş neqativ halların qarşısının alınması məqsədi ilə qanunamüvafiq tədbirlər görülür.
Gəncə Şəhər İcra Hakimiyyətinin, Gəncə Şəhər Baş Polis İdarəsinin və Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin əməkdaşları bir neçə gün əvvəl şəhərin Nizami Gəncəvi prospektində qanunsuz küçə ticarəti ilə məşğul olan şəxslərlə maarifləndirici və izahedici söhbətlər aparıblar.
Aparılan izahedici söhbətlərə və edilən xəbərdarlığa məhəl qoymayan şəxslər barəsində ötən gün Azərbaycan Respublikasının “İnzibati xətalar məcəlləsinin” 454-cü maddəsinə uyğun olaraq protokollar tərtib edilib, səki və yol kənarlarında qurulan pərakəndə ticarət obyektlərinin yığışdırılması təmin olunub. Yığılan məhsullar, qanunamüvafiq qaydada akt tərtib edilərək, aidiyyəti üzrə təhvil verilib.

Oxşar xəbərlər

Gəncədə daha bir qanunsuz tikili sökülüb
Gəncədə qanunsuz tikililər sökülüb - VİDEO
Gəncədə qanunsuz tikili sökülüb - VİDEO
Gəncədə qanunsuz tikililər sökülüb - VİDEO
Gəncədə bir neçə qanunsuz tikintinin qarşısı alınıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər