İspaniyadakı daşqınlar nəticəsində xəsarət alanlar arasında azərbaycanlı yoxdur
sizinxeber.az xəbər saytı

İspaniyadakı daşqınlar nəticəsində xəsarət alanlar arasında azərbaycanlı yoxdur


Hazırda olan məlumata əsasən, İspaniyadakı daşqınlar nəticəsində xəsarət alanlar arasında azərbaycanlı yoxdur.

Bunu APA-nın sorğusuna cavab olaraq, Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə deyib.

O bildirib ki, oradakı səfirliyimizə hər hansı müraciət daxil olmayıb.

Qeyd edək ki, İspaniyanın şərqindəki Valensiya bölgəsində çərşənbə axşamından başlayan leysan yağışları daşqınlara səbəb olub.

Təbii fəlakət nəticəsində avtomobillərə, qatar relslərinə, evlərə və binalara ziyan dəyib.

Daşqınlar nəticəsində azı 72 nəfər həlak olub.

Oxşar xəbərlər

İspaniyada daşqınlar nəticəsində ölənlərin sayı 70-i ötüb, əhaliyə xəbərdarlıq edilib - FOTO
Pakistanda leysan və daşqınlar nəticəsində 195 nəfər ölüb
Valensiyada daşqınlar nəticəsində ölənlərin sayı 62 nəfərə çatıb - YENİLƏNİB
Nigerdə​​ güclü daşqınlar azı 131 nəfərin ölümünə səbəb olub
İspaniyada daşqınlar nəticəsində 51 nəfər ölüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle