Nizami RİH "8-ci km bazarı"nın sökülməsi barədə yayılan xəbərlərə münasibət bildirib
sizinxeber.az xəbər saytı

Nizami RİH "8-ci km bazarı"nın sökülməsi barədə yayılan xəbərlərə münasibət bildirib


Bakı şəhəri, Nizami Rayon İcra Hakimiyyəti "8-ci km bazarı"nın sökülməsi barədə yayılan xəbərlərə münasibət bildirib.

Nizami Rayon İcra Hakimiyyətindən Sizinxeber.az-ya bildirilib ki, "8-ci km bazarı" ətrafında, Naxçıvanski küçəsi boyunca ərazidə olan qanunsuz küçə ticarətinin və antisanitar vəziyyətin aradan qaldırılması ilə bağlı tədbirlər görülür.

Nəzərə çatdırılıb ki, qanunsuz quraşdırılmış, şəhərin ümumi görünüşünə xələl gətirən köşklər götürülür. İşlər yekunlaşdıqdan sonra ərazidə təmizlik, abadlıq və yaşıllıq işlərinin aparılması nəzərdə tutulur: “Qeyd edək ki, bir ay öncə Naxçıvanski küçəsi boyunca qanunsuz küçə ticarəti ilə məşğul olan şəxslərə ərazidə abadlıq işlərinin aparılacağı barədə xəbərdarlıq edilmişdir”.

Oxşar xəbərlər

Şəmkirdə qanunsuz tikili sökülüb - VİDEO
Daşkəsəndə qanunsuz tikililər sökülüb - VİDEO
BŞİH-də qanunsuz tikililərlə bağlı məsələ müzakirə edilib
Fövqəladə Hallar Nazirliyi tərəfindən qanunsuz tikililər sökülüb
Bakıda rayon icra başçılarına qanunsuz tikililərlə bağlı ciddi xəbərdarlıq edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər