DİQQƏT! Bakı-Ələt-Qazax-Gürcüstan yolunda təmir işləri aparılacaq
sizinxeber.az xəbər saytı

DİQQƏT! Bakı-Ələt-Qazax-Gürcüstan yolunda təmir işləri aparılacaq




Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 11-125-ci kilometrlik hissəsində yol-nəqliyyat hadisələri zamanı sıradan çıxmış əyrixətli dəmir tirlərin təmiri və dəyişdirilməsi işləri aparılacaq.
 
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Sizinxeber.az-ə bildirilib ki, sözügedən işlərin icrası bu gün saat 14:00-dan başlayaraq avqustun 11-i saat 18:00-dək davam edəcək.
 
Sürücülərdən qeyd olunan müddət ərzində sözügedən ərazidə müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.
Sizinxeber.az

Oxşar xəbərlər

Bakı-Ələt-Qazax-Gürcüstan yolunun bir hissəsində təmir işlərinə başlanılır
Bakı-Şamaxı-Yevlax avtomobil yolunda təmir işləri aparılacaq
Paytaxtın daha bir küçəsində hərəkət məhdudlaşdırılacaq
Bakının 8 Noyabr prospekti
Sürücülərin NƏZƏRİNƏ! Sabah saat 00:00-dan iyulun 30-u saat 00:00-a qədər...

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər