Главная > İnfrastruktur > Bakıda daha bir ərazidə avtobus zolağı ilə bağlı yol nişanı quraşdırılıb
Bakıda daha bir ərazidə avtobus zolağı ilə bağlı yol nişanı quraşdırılıb6-12-2024, 17:30. Разместил: Rss Bot Report |
|
Bakının Azadlıq və Bülbül prospektlərində, Şəmsi Bədəlbəyli və Rəşid Behbudov küçələrində təşkil edilən avtobus zolağının saat 07:00–22:00 aralığında qüvvədə olma vaxtını bildirən yol nişanı quraşdırılıb. Bu barədə “Sizinxeber.az” Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Beləliklə, sözügedən prospektdə və küçədə digər nəqliyyat vasitələrinin zolağa daxil olması ilə bağlı qadağa yalnız nişanda göstərilən saatlarda qüvvədədir. "İctimai nəqliyyat istifadəçilərinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaradan zolaqların əhəmiyyətini nəzərə alaraq hərəkət iştirakçılarını qaydalara riayət etməyə çağırırıq. Mərhələli şəkildə digər küçə və prospeklərdə də avtobus zolağının qüvvədə olma vaxtını bildirən yol nişanları quraşdırılacaq", - deyə agentlik bəyan edib. Вернуться назад |