Gəncədə 22 avtobus marşrutu üzrə qalib daşıyıcılar müəyyənləşib
sizinxeber.az xəbər saytı

Gəncədə 22 avtobus marşrutu üzrə qalib daşıyıcılar müəyyənləşib


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Gəncə şəhərinin 22 avtobus marşrutu üzrə elan olunmuş müsabiqənin qaliblərini açıqlayıb.

“Report” bu barədə AYNA-ya istinadən xəbər verir.

Məlumata görə, “BakuBus” MMC 1, 3, 4, 5, 6, 7, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19 və 20 nömrəli şəhərdaxili marşrutlarda, həmçinin G1 və G2 nömrəli şəhərətrafı marşrutlarda qalib olub.

“Azər-Avtonəqliyyat” ASC isə 2 və 8 nömrəli şəhərdaxili marşrutların qalibi seçilib.

Qeyd edək ki, marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.

Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.

Oxşar xəbərlər

AYNA: 3 müntəzəm avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşib
Bakıda 170 nömrəli avtobus marşrutu üzrə müsabiqənin qalibi müəyyən edilib
Bir neçə avtobus marşrutu üzrə keçirilən müsabiqənin qalibləri müəyyənləşib
Bakıda daha bir avtobus marşrutu üzrə müsabiqənin qalibi müəyyən edilib
AYNA: Bir neçə müntəzəm avtobus marşrutu üzrə müsabiqənin qalibləri müəyyənləşib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər