Təxirə salınan Gəncə-Moskva aviareysi üzrə təyyarə bu gün uçuş edib - YENİLƏNİB-2
"Report"un Qərb bürosunun məlumatına görə, təxirə salınmış aviareys bu gün uçuş edib.
Xatırladaq ki, reys ötən gün təyyarədə yaranmış nasazlıq səbəbindən təxirə salınmışdı.
“UTair” aviaşirkətinin 9 iyul 2025-ci il tarixində Gəncə Beynəlxalq Hava Limanından Moskva şəhərinə (Vnukovo Hava Limanı) həyata keçirilməsi planlaşdırılan UT744 nömrəli reysi, hava gəmisi kapitanının qərarı ilə texniki səbəbdən təxirə salınıb.
Heydər Əliyev Hava Limanından "Report"a verilən məlumata görə, sərnişinlərin rahatlığını təmin etmək məqsədilə onlar otelə yerləşdirilib və digər zəruri xidmətlərlə təmin olunub.
Təxirə salınmış uçuşun 10 iyul tarixində, saat 15:00-da həyata keçirilməsi planlaşdırılır.
Sərnişinlər uçuşun dəqiq statusu və əlavə məlumat üçün “UTair” aviaşirkəti ilə əlaqə saxlaya bilərlər.
Bu gün Gəncə şəhər Beynalxalq Hava Limanından Rusiyanın Vnukovo aeroportuna həyata keçirilməsi gözlənilən aviareys təxirə salınıb.
"Report"un Qərb bürosunun məlumatına görə, saat 18:00-da yerinə yetirilməli olan aviareys sabah saat 12:00-dək təxirə düşüb.
İlkin məlumata görə, sözügedən aviareys ilə 118 sərnişinin uçması gözlənilirdi. Sərnişinlərin bəziləri Gəncə şəhərindəki hotellərə yerləşdirilib.
Ehtimal olunur ki, uçuşun təxirə düşməsinə səbəb təyyarədə yaranan texniki nasazlıqdır.
Oxşar xəbərlər
”UTair” aviaşirkətinin Gəncə–Moskva reysi təxirə salınıb
Gəncə-Moskva aviareysi təxirə salınıb
Heydər Əliyev Hava Limanından Varşavaya uçuş texniki nasazlıq səbəbindən ləğv edilib
Bakıdan Varşavaya uçuş "Polish Airlines"in təyyarəsində texniki nasazlıq səbəbindən ləğv edilib
Rusiyanın bəzi hava limanlarında yüzlərlə aviareys ləğv edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”
-
Bu ölkənin viza qiyməti artdı












